İdman

İspaniya La Liqası: Moratanın qolu sayəsində “Atletiko” “Betis”i məğlub etdi

Sharing is caring!


Madridin “Atletiko”su ilə Sevilyanın “Betis” komandaları arasında İspaniya La Liqasının 27-ci turunun matçı baş tutub.

Oxu.Az xəbər verir ki, komandalar Madriddəki “Tsivitas Metropolitano” stadionunda qarşılaşıblar. Oyunu Sezar Soto Qradonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Start fiti Bakı vaxtı ilə saat 20:15-də səslənib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Səkkizinci dəqiqədə Rui Silva topu öz qapısına göndərib ki, bu da madridlilərin hesabda önə keçməsinə şərait yaradıb. Alvaro Moratanın sayəsində paytaxt klubu birinci hissənin sonunda fərqi artırıb. Uilyam Karvalyu ikinci hissənin ortalarında sevilyalıların heyətində 1 qol vurub. Lakin “Betis” bundan artıq heç nə edə bilməyib.

Qeyd edək ki, bu mövsüm İspaniya çempionatının 27 turundan sonra “Atletiko” 55 xalla 4-cü yerdədir, “Betis” isə 42 xalla altıncı yerdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir