Siyasət

“İbadoğlu və Mənsimovun FETÖ ilə əməkdaşlığı onların ikiüzlülüyünə dəlalət edir” – RƏY + FOTO

Sharing is caring!


“Qubad İbadoğlu və Mübariz Mənsimovun FETÖ ilə əməkdaşlığı onların ikiüzlülüyünə dəlalət edir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, FETÖ və digər xarici antitürk qüvvələr zaman-zaman Azərbaycanda və Türkiyədə müxtəlif araqarışdırıcı fəaliyyətlərlə məşğul olublar:

“Belə qüvvələrin heç vaxt ciddi siyasi çəkisi və elektoratı olmadığından, sosial dayağı və ictimai qüvvələr balansında nüfuzları sıfıra bərabər olduğundan belə antimilli qüvvələrin Azərbaycanın ictimai-siyasi həyatına heç bir təsir imkanları mümkün deyil. Belə xain və satqın qüvvələrə xalqımız 30 il əvvəl öz kəskin və sərt reaksiyasını verərək siyasi həyatımızdan birdəfəlik silib. Ancaq müxtəlif şəraitlərdə xaricdəki təhrikedici qüvvələrin qrant layihələrin pulu ilə ələ alınan belə şəxslər öz mövcudluqlarını göstərmək və xidmət etdikləri cərəyanlara öz “sədaqətlərini” təsdiq etmək üçün milli mənafelərimizin əleyhinə fəaliyyət göstərirlər”.

“Ölkəmizə hansısa problem yaradacaq riskləri olmayan bu şəxslərin FETÖ və digər təşkilatların təsiri altında müxtəlif təxribatlara cəhd etməsi sadəcə onların mənfur niyyətlərindən xəbər verir. Azərbaycan hüquqi dövlətdir və istər daxili, istərsə də xarici təxribatların qarşısını təcili və operativ şəkildə qətiyyətlə alır. Belə təxribatlara meyl edənlər özlərini məsuliyyət altına salırlar. Belələrinə daha bir nümunə kimi Qubad İbadoğlunun FETÖ ilə bağlılığı haqda iddiaların öz təsdiqini tapmasını göstərmək olar. Azərbaycan dövlətinə qənim kəsilən bu qüvvələr anti-Azərbaycan, antitürk meylləri birləşdirdiyindən onlar maskalanmış şəxslər kimi özlərinin əsl niyyətlərini gizlətməyə çalışırlar. Ancaq hər şey göz qabağındadır, Qubad İbadoğlu və Mübariz Mənsimovun FETÖ ilə əməkdaşlığı onların ikiüzlülüyünə dəlalət edir. Belə şəxslər qanunlar çərçivəsində məsuliyyət tədbirlərinə cəlb olunaraq, hüquq-mühafizə orqanlarının əsaslı və təkzibolunmaz faktları əsasında öz layiqli cəzalarını almaqdadırlar”, – deputat qeyd edib.

Deputat A.Hüseynov bildirib ki, Türkiyədə keçirilən seçkilərdən sonra ümidləri puç olan bu şəxslər fəaliyyətlərini indi Azərbaycana yönəldiblər:

“Xaricdəki anti-Azərbaycan qüvvələrin maliyyələşdirilməsi onların bu niyyətlərindən xəbər verir. Ancaq onlar yaddan çıxarmasınlar ki, FETÖ kimi ünsürlərin nə Türkiyədə, nə Azərbaycanda heç vaxt ictimai-siyasi mühitə, dövlətçiliyə heç bir təsir mexanizmi ola bilməz və bu terror təşkilatı darmadağın olaraq sıradan çıxarılıb. Azərbaycan dövləti və cəmiyyəti birmənalı olaraq FETÖ və bu kimi cərəyanlarla mübarizədə qardaş Türkiyənin yanındadır və olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir