Cəmiyyət

Şəkidə mikroavtobusla TIR toqquşub: Xəsarət alan var

Sharing is caring!

Şəkidə mikroavtobus TIR-la toqquşub.

“Report” xəbər verir ki, hadisə şəhərin “Daş Qaya” adlanan ərazisində baş verib.

Belə ki, Şəkidən Suçma kəndi istiqamətində hərəkət edən “Ford” markalı mikroavtobus TIR markalı yük avtomobili ilə toqquşub.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən biri – 67 yaşlı Minayə Əlixanova xəsarət alıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Şəkidə eyni ərazidə dörd gün ərzində ikinci dəfədir mikroavtobus qəzası baş verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir