Dünya

Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatı ilə birbaşa yükdaşımaları başlayıb

Sharing is caring!

Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatı ilə birbaşa yükdaşımalarına başlanılıb.

Bu barədə diplomatik mənbələrdən xəbər verilib.

Bildirilib ki, normallaşma prosesi üçün iki ölkənin xüsusi nümayəndələri arasında aparılan danışıqlar nəticəsində 2023-cü il yanvarın 1-dən etibarən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yük ticarətinə başlanılıb.

Həmçinin o da vurğulanıb ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə ixracatçı birliklərinə elan edilib.

Mənbə: Airport Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir