İdman

Azərbaycan millisinin kapitanı: “Avropa çempionatına qələbə ilə start vermək istəyirik”

Sharing is caring!


“Yarışa qələbə ilə start vermək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Bunu “Report”a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Avropa çempionatı ilə bağlı danışarkən deyib.

30 yaşlı oyunçu artıq ilk matçın hazırlıqlarına başladıqlarını bildirib:

“Düsseldorfda məşqə çıxmışıq. İlk gündə qaydalara uyğun olaraq bizim üçün ayrılan məkanda hazırlaşdıq. Bu gündən isə əsas arenada məşqlərimizi keçirəcəyik”.

Abduləzimova zədə səbəbindən bir neçə yoxlama oyununu buraxdığını xatırladıb:

“Turnirə hazırlıq ərəfəsində bir neçə yoxlama oyununda qüvvəmizi sınadıq. Mən və bir neçə komanda yoldaşım zədə səbəbindən bəzi qarşılaşmaları buraxmalı olduq. Hazırda isə ciddi zədəmiz yoxdur”.

Təcrübəli oyunçu son olaraq yarışdakı şanslardan söz açıb:

“İnanıram ki, hər birimiz ən yaxşı oyunumuzu sərgiləsək, yarışda uğurlu nəticə qazana bilərik. Komandamıza uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Yığma ilk görüşünü avqustun 18-də Çexiyaya qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir