İdman

Xankəndi – Bakı ultramarafonunun qalibi: “Qələbəni şəhidlərimizə həsr edirik”

Sharing is caring!


“Yarışın hər günündə, hər dəqiqəsində şəhidləri yad edirdik”.

“Report”un məlumatına görə, bunu Xankəndi – Bakı ultramarafonunun qalibi Artyom Əliyev jurnalistlərə açıqlamasında deyib.

Həm Qobustan – Bakı marşrutunun (55 kq), həm də 380 km-lik ümumi ultramarafonun qalibi olan idmançı uğurunu şəhidlərə həsr edib:

“Yarış çox gözəl təşkil olunmuşdu. Azərbaycan atletləri bir ailə kimi həm məşq keçdilər, həm də yarışdılar. Bu qələbəni şəhidlərimizə həsr edirik”.

Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir