Siyasət

Amerikalı ekspert: “Ermənistanın məqsədi beynəlxalq diqqəti özünə cəlb etməkdir”

Sharing is caring!


“Ermənistanın BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etmək cəhdi qeyri-konstruktiv addımdır və bu ölkənin məqsədi mümkün qədər beynəlxalq diqqəti özünə cəlb etməkdir”.

Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman bildirib.

Onun sözlərinə görə, Ermənistanın bu addımı Azərbaycanla sülh sazişinin əldə edilməsi ilə bağlı danışıqlar prosesinə xələl gətirir: 

“Beynəlxalq təşkilatdan Azərbaycana qarşı rıçaq kimi istifadə etmək cəhdi bu və ya digər məsələlərlə bağlı hər hansı çevik hərəkətə səbəb olmayacaq”.

Hüquqşünas bildirib ki, Ermənistan alternativ Ağdam-Xankəndi yolu haqqında düşünmür: 

“Onlar ehtiyac duyduqlarını iddia etdikləri “humanitar yardım”ı çatdırmağın praktiki yollarını tapmaqdan çox siyasi xal toplamaqda maraqlıdırlar. Onlar, sadəcə olaraq ağlabatan qarşılıqlı faydalı həll yolu tapmaq əvəzinə, öz istəklərini tətbiq etməyə çalışırlar”.

“Ümumiyyətlə, Bakı onlara vətəndaşlıq və ölkədəki hər kəslə eyni hüquqları təklif etdiyi halda, Qarabağın erməni əhalisinin xarici “humanitar yardım”a ehtiyacı olduğunu iddia etmək absurddur”, – İ.Zukerman vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir