Siyasət

İran nüvə silahını sınaqdan keçirməyə hazırlaşır? – VİDEO

Sharing is caring!


Ötən cümə günü, avqustun 11-də “Yerusəlim-post” qəzeti İranın nüvə silahını sınaqdan keçirməyə yaxın olduğu barədə analitik məqalə dərc edib.  Məqalə Avropanın üç dövlətinin kəşfiyyat orqanlarının mövzu ilə bağlı 2023-cü ilin ilk altı ayına aid hesabatları əsasında hazırlanıb. Müəllifin “şok hesabatlar” adlandırdığı həmin sənədlərə görə, İran son ilyarım ərzində aktiv şəkildə atom silahı proqramı üçün qeyri-qanuni yollarla texnologiyalar əldə etməyə çalışıb.

Qeyd edək ki, MEMRİ kimi tanınan Orta Şərq Media Araşdırmaları İnstitutu hələ iyun ayının sonlarında ilk dəfə Niderland, İsveç və Almaniya kəşfiyyat xidmətlərinin hazırladığı sözügedən hesabatların ingilis dilinə tərcümələrini öz saytında dərc edib. 

Kəşfiyyat məlumatları içərisində ən narahatedici hesabat qısa şəkildə AİVD adlandırılan Niderland Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinə məxsusdur.  Həmin qurumun bu ilin aprel ayında yaydığı hesabatdan aydın olur ki, İran rejiminin silah üçün lazım olan uranı sürətlə inkişaf etdirməsi onun ilk nüvə sınağı keçirmək imkanını artırır. 

Niderland kəşfiyyatının hesabatına görə, İran 20% və 60% zənginləşdirilmiş uran ehtiyatlarını çoxaltmağa davam edir, eyni zamanda modern sentrifuqalar vasitəsilə 90% zənginləşdirilmiş uranı əldə edə bilər, bu da nüvə silahı üçün lazım olan səviyyədir.

Sənəddə vurğulanıb ki, İran Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində əldə edilmiş razılaşmalara artıq məhəl qoymur və getdikcə daha da təkmilləşdirilmiş sentrifuqalar quraşdırmaqla uranı zənginləşdirmə imkanlarını genişləndirir.

Hesabatda o da xüsusi qeyd olunub ki, son bir il ərzində AİVD Niderland Hərbi Kəşfiyyatı ilə birlikdə bir neçə dəfə İranın bu ölkədə nüvə silahının hazırlanması üçün lazım olan materiallar, texnologiya və tətbiqi biliklər əldə etmək cəhdinin qarşısını alıb.

İsveç Təhlükəsizlik Xidməti isə öz hesabatında yazıb: 

“İran sənaye casusluğu ilə məşğul olur və bu fəaliyyət əsasən İsveçin yüksək texnologiyalı sənayesinə və nüvə silahı proqramında istifadə oluna bilən İsveç məhsullarına yönəlib”.

Daha ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir