Siyasət

Amerikalı ekspert: “Ermənistan süni şəkildə Qarabağda humanitar böhran görüntüsü yaratmağa çalışır”

Sharing is caring!


“Ermənistanın Laçın yolu ilə bağlı dezinformasiya kampaniyasına əl atmasının yeganə səbəbi odur ki, Rusiya Ermənistana beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirməkdə dəstək vermir”.

Bunu “Report”a açıqlamasında Moskvada yaşayan amerikalı mütəxəssis Endryu Koribko deyib.

“Ermənistan Qarabağda ermənilərə qarşı “soyqırımı” görüntüsü yaratmaq üçün süni şəkildə Qarabağda humanitar böhran bucağı hazırlamağa çalışır. Ermənistanın bu addımı Qərb ictimai rəyini hərəkətə keçirmək və həmin hökumətləri öz tərəfində dayanmağa məcbur qoymaq məqsədi daşıyır. Rusiya onun məkrli planına dəstək vermir. Ona görə də İrəvan indi Qarabağda separatçı rejimin yerləşdiyi yeri əldən verməmək üçün son çarə olaraq Qərbə dilxoşluq etməyə çalışır”, – deyə o əlavə edib.

Ekspert vurğulayıb ki, istər Qərb ictimai rəyində, istərsə də həmin ölkələrin siyasətçiləri arasında bu dezinformasiya kampaniyasının nə dərəcədə uğurlu olacağı bəlli deyil:

“Erməni ekstremistlər münaqişənin “mədəniyyətlərarası toqquşma” kimi yenidən konseptuallaşdırılması üçün vəziyyəti yalandan “müsəlmanların xristianları soyqırımına məruz qoymaları” kimi qələmə vermək istəyirlər. Buna görə də onlar Qərb cəmiyyətinin ən radikal ünsürlərinə, xüsusən də islamofoblara və ağ supremasistlərə (irqçilərə) müraciət edirlər ki, bu, çox təhlükəli bir gedişdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir