Kriminal

Məhkəmə Şəmkirdə arvadını öldürən şəxslə bağlı qərar verdi

Sharing is caring!


Gəncə Apellyasiya Məhkəməsində Şəmkir rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Mahəddin Atakişiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Şəmkir rayonu, Könüllü kənd sakini Aynurə Orucova ötən il dekabrın 7-də qətlə yetirilib.

Məlum olub ki, Mahəddin Atakişiyev aralarında yaranmış mübahisə zamanı arvadı Aynurə Orucovaya bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Mahəddin Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir