Siyasət

Ermənibaz, uşaqbaz, şantajbaz Adam Şiff – erməni himayədarının əsl üzü – FOTO

Sharing is caring!


Kaliforniyanı Konqresdə təmsil edən Adan Şiff ABŞ-də erməni maraqlarının ən qızğın lobbiçilərindən biri, Azərbaycanın barışmaz tənqidçisi, Azərbaycan və Türkiyə əleyhinə hər cür dinləmələrin təşkilatçısıdır. Demokratlar partiyasının nümayəndəsi, erməni xidmətçisi Şifin həyatı qaranlıq məqamlar və qalmaqallarla zəngindir.

Adam Bennett Şiff – 1960-cı il, 22 iyunda Massaçusets ştatının Freyminqem şəhərində anadan olub. Kaliforniya seçki dairəsindən ABŞ Nümayəndələr palatasına üzv seçilib. 2019-cu ildən Nümayəndələr Palatasında Kəşfiyyat Komitəsinin sədridir. Ermənipərəst mövqeyi ilə xüsusilə seçilir. Qondarma erməni soyqırımı, Qarabağ və Osmanlı imperiyası ilə bağlı müntəzəm bəyanatlar verərək əsl Azərbaycan və Türkiyə düşməni olduğunu gizlətmir. Son günlər isə ermənilərin “Laçın” sərhəd-keçid məntəqəsi ilə bağlı qopardığı yalançı vay-şüvənə qoşulan siyasətçilərin öndə gedənlərindən sayılır. Müntəzəm olaraq erməni diasporu tərəfindən “yemlənən” Adam yəqin ağalarından daha çox pay qoparmağa çalışır.

2021-ci ildə ABŞ Senatorunun utancverici hobbisi ilə bağlı qalmaqal üzə çıxıb. Sosial şəbəkələrdə və internetdə yayılan fotolar amerikalı siyasətçinin çirkin və iyrənc həyat tərzi sürdüyünü sübuta yetirib.

“Twitter” istifadəçisi BiRUS 2021-ci ildə Adam Şifin qalmaqallı fotolarını yayıb. Foto rəsmi şəraitdə lentə alınıb. Amerika bayrağı fonunda Adam Şiff, yanında isə qəribə formalı, ağzında əmzik olan, çəhrayı uşaq bezi və kiçik qız paltarı geyinmiş bir şəxs var. Bu fotolar Adamın pedofilliyə, azyaşlı qız uşaqlarına qarşı meylli olduğunu sübut edir. Pedofilliklə yanaşı, Adamın təmsil etdiyi dövlətin bayrağına, rəsmi kabinetinə hörməti də bu foto ilə sübut olunur. Bayrağına və postuna bu cür hörmət bəsləyən şəxsin dediklərini ciddiyə almaq artıq mənasız olar.

Fotoları yayan şəxs bildirir ki, Adam məşhur rusofob Ceykob Şiffin nəvəsidir. Ceykob hələ Rusiya çarlığı dövründən ruslara qarşı mübarizə aparıb, bolşevikləri maliyyələşdirib, rus-yapon müharibəsində Yaponiyanı dəstəkləyib.

2019-cu ildə Adam Şiff və o dövrdə ABŞ prezidenti olan Donald Tramp arasında növbəti qalmaqal üzə çıxıb. Bu qalmaqal hətta Trampın impiçment məsələsi ilə nəticələnə bilərdi. Həmin vaxt Tramp öz növbəsində Adamı həbslə hədələməyə başlamışdı.

Konqresdə Trampın Ukrayna prezidenti Zelenskiyə təzyiq göstərdiyi bildirilir. Konqresin əsas hissəsi ABŞ prezidentinin səlahiyyətlərindən sui-istifadə etdiyini qeyd edir. Məlumata görə, Tramp telefon danışığında ukraynalı rəqibini növbəti seçkilərdə əsas rəqibi sayılan Baydenə qarşı cinayət işi açmağa məcbur etməyə çalışıb. Adam Şiff isə Konqresdə Tramp və Zelenski arasında danışıqların xülasəsini ifadə edib. Tramp da konqresmenin yalan danışdığını bildirib və sübut kimi danışığın stenoqramını yayıb. Stenoqramda olan digər məlumatlar daha təhlükəli idi. Bu yazı Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı və sair məsələləri əhatə edirdi.

Amerika prezidenti iddia edir ki, konqresmen açıq şəkildə yalan danışıb, söhbətin mahiyyətini dəyişib. Sübut kimi o, söhbətin stenoqramını ictimai sahəyə yerləşdirib. Üstəlik, o, bu barədə Zelenskinin özü ilə razılaşmayıb. Söhbətdə isə başqalarının qulağı üçün nəzərdə tutulmayan, yumşaq desək, çox şey var idi. Xüsusən də Almaniyanın baş naziri Angela Merkel və Fransa prezidenti Makronun qulağına. Brüsseldən olan yüksək rütbəli məmurların isə Avropa Birliyinin “Ukraynanı heç də dəstəkləməməsi” (Zelenskinin Trampa şikayət etdiyi də budur) xəbəri onların xoşuna gəlməyib. O qədər ki, Avropa Birliyi beş ildə 15 milyard dollarlıq yardımın hara axdığını hesablamaq üçün indi komissiya hazırlayır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri təkcə Trampın Ukrayna prezidenti Zelenski ilə danışıqlarına deyil, həm də Rusiya prezidenti Putinlə danışıqlara girişin əldə olunmasını tələb edir. Dövlət katibi Pompeo buna cavab olaraq bildirib ki, onun işçilərindən impiçment dinləmələrində iştirak tələb olunmur. Üstəlik, onların Konqresə heç bir sənəd təqdim etmək hüququ yoxdur: “bunlar onların şəxsi sənədləri deyil, ofis sənədləridir”.

Bu məsələ böyük qalmaqala səbəb oldu. Kəşfiyyat rəisi Pompeo da konqresmenlər tərəfindən istintaqı düzgün istiqamətləndirməməkdə ittiham edildi. Tramp “Mən istəyirəm ki, Adam Şiff fırıldaqçılıq və xəyanətə görə ən yüksək səviyyədə dindirilsin” bəyanatını səsləndirdi. Sonra isə Tramp tvit ataraq “Konqresmen Adam Şiff qeyri-qanuni olaraq yalan və dəhşətli bəyanat fikirləşib və bunu mənim dediyimi bildirib. O, bunu Konqresə və amerikan xalqına deyib. Onun dediklərinin mənim telefon danışığıma heç bir aidiyyəti yoxdur. Xəyanətə görə həbs?” – fikrini ifadə edib.

Təəssüf ki, Adam Şiff həbs olunmadı, baxmayaraq ki, onun fəaliyyəti həmişə ABŞ-nin maraqlarına zidd idi. Məsələn, onun Konqresdə ermənipərəst gündəmi irəli sürməsini götürək. Bir neçə il əvvəl Şiff Səudiyyə Ərəbistanının ABŞ-dəki səfirinə istinad edərək, Səudiyyənin ABŞ tərəfindən “erməni soyqırımı”nın tanınması üçün pul ödəməyə hazır olması barədə saxta məlumat yaymaqla az qala diplomatik qalmaqala səbəb olmuşdu. Böyük hay-küy yarandı, Ər-Riyad belə bir saxtakarlığın ortaya çıxmasına öz hiddətini bildirdi. Lakin Şiffə yenə heç nə olmadı. Görünür, ona görə ki, zəngin və nüfuzlu diaspor öz ev heyvanlarını yaxşı qoruyur. Şiff kimi adamlar hələ də ermənilər üçün öz aktuallığını itirməyib və hansısa yolla işə tətbiq oluna bilər…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir