Siyasət

Qərbi Azərbaycan Xronikası: Erməni bloqer İrəvan azərbaycanlıları barədə həqiqətləri danışdı – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Gənc erməni bloqçunun etirafı” adlı veriliş efirə gedib.

Verilişdə İrəvanın “Mxitar Sebastatsi” Təhsil Kompleksində 11 sinifdə təhsil alan Hasmik Vardanyanın fərdi bloq yaradaraq müxtəlif mövzuda paylaşdığı yazılardan bəhs olunur.

Dünyaya fərqli, erməni millətçiliyi, şovinizm xəstəliyi ilə deyil, gerçəkdə olanlarla baxmaq istəyən gənc bloger Araqatsotn marzının Sağmosavan kəndi haqqında qeydlər edir, əsillərinin İrandan gəldiyini yazır.

Gənc bloger “Ermənistandakı azərbaycanlılar” adlı yazısında İrəvan xanlığı dövründə Ermənistanda yaşayan azərbaycanlıların sayı artıb, etnik təmizləmədən sonra Ermənistan hakimiyyəti Azərbaycanın mədəniyyət və təhsil müəssisələrini bağlamağa başlayıb: “1989-cu ildə İrəvandakı Azərbaycan Teatrının binası sökülüb, 1990-cı ildə isə buldozerlər İrəvanda vaxtilə azərbaycanlıların ibadət etdiyi olan məscidlərin birindən başqa hamısını dağıdıb. Ayaqda qalan yeganə İslam şiə tikilisi Göy Məscid idi və  Ermənistanda olan fars icmasının mənəvi ehtiyaclarına xidmət etməyə başladı”.

Gənc erməni qız yalnız gerçəyi və faktları yazır. Müəllif etnoqraf, hökumətin milli azlıqlar və dinlərlə iş şöbəsinin müdiri Hranuş Xaratyanın sözlərinə sadəlövhlüklə inanıb, Ermənistanda hələ də azərbaycanlıların yaşadığını deyir və onları riskli etnik qrup hesab edir. Məktəbli qız erməni rəsmi məlumatlarının yalanına güvənib İrəvanda, Sərdarabadda və Basarkeçərdə azərbaycanlıların yaşadığını yazır.

Verilişdə qeyd olunur ki, Hasmik Vardanyan H.Xaratyana istinadən, sonuncu siyahıyaalmada Ermənistanda azərbaycanlılar çoxluq təşkil etdiyini qeyd edir. Riskli etnik qrup hesab olunduğundan azərbaycanlıların ümumi sayını bildirmək beynəlxalq səviyyədə qadağan olduğunu yazır. Bu isə Ermənistan rəsmi dairələrinin uydurduqları böyük yalanın tərkib hissəsidir. Onlar Ermənistanda azərbaycanlıların yaşadığını, lakin risk olduğu üçün sayının açıqlanmadığını deyirlər. Əslində isə müəllifin qeyd etdiyi kimi, Ermənistan ərazisində qarışıq ailələrdə 30 azərbaycanlı yaşayır. Ermənilər təkcə 20-ci əsrdə bir neçə dəfə soyqırımı, etnik təmizləmə, talan və kütləvi qırğı törədərək yüzminlərlə azərbaycanlını öz tarixi yurdundan qovublar. Amma Hasmik bu xəstəliyə yoluxmayıb və gerçəyi etiraf edərək özü yazır ki, azərbaycanlılar 1920-ci ildən sonra öz vətənlərinə qayıtdılar. Tarixi sevən gənc qız hər şeyin təkrarlanacağına və azərbaycanlıların yenə öz doğma yurdlarına qayıdacağına əminliyini ifadə edir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir