Dünya

Rusiyada “kinonun səsi” Leonid Volodarski vəfat edib

Sharing is caring!


Məşhur tərcüməçi və radio aparıcısı Leonid Volodarski vəfat edib.

Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib.

Qeyd olunur ki, Volodarski təkcə sovet və Rusiya tərcüməçisi, yazıçısı və radio aparıcısı kimi deyil, həm də çoxsaylı filmlərin səsləndirilməsində iştirak edən peşəkar dublyaj mütəxəssisi kimi tanınıb.

O, 1980-ci illərdə və 1990-cı illərin əvvəllərində SSRİ və Rusiyada ekranlara çıxan bir çox xarici filmlərin səsləndirilməsində iştirak edib, səsi və intonasiyası sayəsində şöhrət qazanıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir