Siyasət

Rusiyalı sülhməramlılar separatçıların absurd istəklərini yerinə yetirməkdən imtina etdilər – FOTO

Sharing is caring!


Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı provokasiya ilə məşğul olan bir qrup erməni azlığın Azərbaycan-Ermənistan sərhədinə doğru yürüşünü müşayiət etməkdən imtina edib.

Bu barədə “Facebook”da özünü “aksiya”nın təşkilatçısı elan etmiş Artur Osipyan adlı şəxs məlumat verib.

O qeyd edib ki, Qarabağdakı sülhməramlı kontingentinin komandirinin müavini, polkovnik İ.Sazonovun onlara ünvanladığı cavab məktubunda vurğulanır ki, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobilləri müşayiət etməsi, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyini təmin etməsi nəzərdə tutulmur.

Mənbə: News.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir