İdman

“Sabah” – “Partizan” oyununun biletləri satışa çıxarıldı

Sharing is caring!


UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Sabah” – “Partizan” (Serbiya) ilk oyunu üçün bilet satışına başlanılıb.

Klubdan verilən məlumata görə, biletləri “iTicket.az” saytından, portalın məntəqələrindən, avqustun 8-dən etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə etmək mümkündür.

Satılmış hər biletdən əldə olunan bir manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək “Sabah” – “Partizan” görüşü saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir