Dünya

Ərdoğan: “Məqsədimiz ən qısa zamanda Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etməkdir”

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünü mümkün qədər tez təşkil etməyi öz məqsədi hesab etdiyini bildirib.

Bunu dövlət başçısı ölkənin Nazirlər Kabineti toplantısından sonra mətbuata açıqlamasında bəyan edib.

“Biz taxıl dəhlizinin təşkili və hərbi əsirlərin mübadiləsi ilə başlayan prosesin davam etdirilməsindən çox qürur duyuruq. İndi bizim məqsədimiz müharibəni dayandırmaq üçün Rusiya və Ukrayna liderlərinin ən qısa zamanda görüşünü təşkil etməkdir”, – deyə Ərdoğan qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir