Siyasət

Hikmət Hacıyev: “Vaqif Xaçaturyanı müdafiə etmək dövlət səviyyəsində hərbi cinayətlərə dəstək verməkdir”-FOTO

Sharing is caring!


“25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanması və bunun müqabilində Ermənistanın rəsmi, ictimai, media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil”.

Bu sözləri özünün “Twitter” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

Hikmət Hacıyev əlavə edib ki, hərbi cinayətkar Vaqif Xaçatryan insan qaçaqmalçılığını həyata keçirmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi evakuasiyasından istifadə etməyə çalışıb.

Qeyd edək ki, Vaqif Xaçatryan 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırıma məruz qoyub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir