Cəmiyyət

Zaqatalada 2 avtomobil toqquşub, xəsarət alanlar var

Sharing is caring!


Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndi ərazisindən keçən hissəsində baş verib.

VAZ-2106 və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Sənan Səməd oğlu Mahmudov və 1985-ci il təvəllüdlü Günel Ramazan qız Sofiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir