İdman

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi Gürcüstana qalib gəlib

Sharing is caring!


Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, yığma A qrupundakı 3-cü sınağında Gürcüstanla qarşılaşıb.

Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda bu nəticədən sonra 7 xalla Serbiya ilə birlikdə liderliyi bölüşür. 3 xalı olan Gürcüstan isə 4-cü sırada qalıb.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir