Siyasət

Qərbi Azərbaycan barədə məlumatların turizm sektoru vasitəsilə təbliği yolları müzakirə olundu – FOTO

Sharing is caring!


Qərbi Azərbaycan İcmasında (QAİ) Dövlət Turizm Agentliyinin (DTA) nümayəndələrinin təmsil olunduğu heyətlə geniş tərkibdə görüş keçirilib, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti barədə məlumatların turizm sektoru vasitəsilə təbliği yolları müzakirə olunub.

İcmadan verilən məlumata görə, görüşdə çıxış edən QAİ İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətləri barədə danışıb, İcmanın yaradılması, strukturu, fəaliyyəti və qarşıda duran məqsədlər barədə məlumat verib.

Qeyd edilib ki, Qərbi Azərbaycan barədə reallığın dünyaya çatdırılması baxımından turizm sektoru böyük önəm daşıyır. Əziz Ələkbərli bu istiqamətdə İcma ilə Agentliyin görə biləcəyi birgə işlərə toxunub.

DTA-nın İdarə Heyəti sədrinin köməkçisi Orxan Abbasov Qərbi Azərbaycan, onun tarixi, əhalisi, mədəniyyəti və sair istiqamətlərin turizm sektorunda yer almasına dair təkliflərini səsləndirərək birgə atılacaq addımları dilə gətirib.

Azərbaycan Hotel Assosiasiyasının (AHA) icraçı direktoru Günay Sağlam, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) sədrinin məsləhətçisi Müzəffər Ağakərimov və digərləri çıxışlarında turizm sektorunda Qərbi Azərbaycan həqiqətləri, eləcə də tarixi və mədəniyyəti ilə bağlı elementlərin yer almasının önəmini vurğulayıb.

QAİ rəsmiləri və DTA nümayəndə heyəti Qərbi Azərbaycan, onun tarixi, mədəniyyəti, eləcə də qeyri-maddi mədəni irsi, mətbəxi və ənənələri barədə məlumatların turizm sektoru vasitəsilə təbliğ edilməsinin yolları barədə müzakirələr aparıblar.

Tədbirin sonunda səsləndirilən bütün təkliflər toplanaraq qarşıdakı birgə fəaliyyət üçün qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir