Siyasət

Məleykə Abbaszadə: “Gənclər üçün bütün imkanlar ölkəmizdə mövcuddur”

Sharing is caring!


“Bu gün burada ən yüksək nəticə göstərən gənclər finala çatıblar. Bu, qəbul imtahanlarında göstərdiyiniz yüksək nəticələrin göstəricisi, “Yüksəliş”in bünövrəsidir”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsində çıxışı zamanı deyib. 

O qeyd edib ki, bu il ulu öndər Heydər Əliyevin 100 illiyidir: 

“O, dahi və böyük bir insan idi. Çox istərdim ki, 20 il sonra sizin nə dərəcədə uğur qazanacağınızı görmək şansımız olsun. 

Heydər Əliyev 2001-2002-cu illərdə qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərlə görüşmüşdü. Artıq 20 il ötüb və biz bu il o insanlarla təkrar görüşdük, müsahibə aldıq. Hər birinizə o müsahibələri izləməyi tövsiyə edirəm. Hər müsahibə bir təcrübə, həyat yoludur. Ulu öndərin həmin görüşdə səsləndirdiyi fikirləri indi də aktualdır. O, daim Azərbaycan gəncliyi haqqında fikirləşirdi. 

Bu gün həmin təqaüdçülər böyük vəzifələrdədirlər, öz sahələrində sözlərini deyən şəxsiyyətə çevriliblər, aparıcı qüvvədirlər. Siz müstəqillik dövründə formalaşan mütəxəssisiniz. Bu gün Prezident İlham Əliyev ulu öndərin yolunu davam etdirir və gənclər üçün bütün imkanlar ölkəmizdə mövcuddur. İstəmək və bacarmaq fellərini birləşdirən düstur əmək və bilikdir. Yalnız bacarmaq insanı məhv edə bilər. Amma istəmək və bacarmaq düsturunu hər kəs özü yazır. O düsturu yazmaq üçün əsas açar bilik və elmdir. Hər birinizə uğurlar arzulayıram”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir