Siyasət

TÜRKSOY-un Baş katibinin müavini: “Dünyadakı bütün qədim mədəniyyətlərin atası türk mədəniyyətidir” – FOTO

Sharing is caring!


“Dünyadakı bütün qədim mədəniyyətlərin atası türk mədəniyyətidir. Ona görə də türk mədəniyyəti olmasaydı, dünyada mədəniyyət tarixi yazıla bilməzdi”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş Katibinin müavini Sait Yusuf bildirib.

“Sənət bir millətin şah damarıdır. Türk dünyasının bütövlüyü, mədəni varlığının təsdiqi də sənət və mədəniyyət sayəsində mümkündür”, – deyən Sait Yusuf əlavə edib ki, türk dövlətləri türk dünyasının ortaq mənəvi dəyərlərini TÜRKSOY-un verdiyi dəstək sayəsində daha nümunəvi şəkildə tanıdırlar:

“TÜRKSOY bütün türk dünyasının mədəniyyət təşkilatıdır və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olaraq fəaliyyətlərimizi bundan sonra da yüksək templə davam etdirəcəyik”.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaranmasının 30 illiyi münasibəti ilə bu gün qurumun Ankaradakı Baş ofisində “Zaman karvanı” adlı sərgi keçirilib. Sərgidə qazax rəssam Serik Ermekovun türk dünyasını və qazax mədəniyyətini əks etdirən rəsm əsərləri nümayiş edilib. Tədbirdə Qazaxıstanın Türkiyədəki səfiri Yerkobulan Sapiyev də iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir