Siyasət

Nazir Prezidentin iradları barədə: “Çalışacağıq ki, bir daha bu hallarla üzləşməyək”

Sharing is caring!


“Prezident İlham Əliyev ötən gün keçirdiyi müşavirədə haqlı iradlar bildirdi. Xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəzi fəaliyyətsizliyi ilə bağlı iradlar oldu”.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın işi ilə bağlı keçirilən brifinqdə bildirib.

“Biz lazımi işləri görəcəyik və çalışacağıq ki, bir daha bu hallarla üzləşməyək”, – nazir qeyd edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir