Dünya

Azərbaycanda çıxış etmiş rumıniyalı: “Mutu “Neftçi”yə hücum futbolu oynadacaq” – FOTO

Sharing is caring!


“Adrian Mutunun “Neftçi”də uğur qazanacağına inanıram”.

Bunu Oxu.Az-a açıqlamasında vaxtilə Azərbaycanda “Xəzər Lənkəran”, “İnter” (hazırkı “Şamaxı” – red.) və “Zirə”nin formasını geyinmiş rumıniyalı müdafiəçi Adrian Skarlatake həmyerlisi Adrian Mutunun “Neftçi”yə baş məşqçi təyin olunması barədə danışarkən deyib.

Skarlatake Mutunun gənc olmasına baxmayaraq, futbolçu karyerası zamanı rəhbərliyi altında oynadığı mütəxəssislərdən çox şey öyrəndiyini söyləyib:

“Azərbaycan futboluna bələdəm. Mutunu isə məşqçi kimi tanıyıram. Buna görə də uğurlu təyinat olduğunu düşünürəm. O hələ gəncdir. Lakin həm də təcrübəyə malikdir. Çünki futbolçu karyerası ərzində çox böyük məşqçilərlə işləyib. Üstəlik, onun yaxşı köməkçiləri var”.

Hazırda “Arceş”in formasını geyinən 36 yaşlı Skarlatake həmyerlisinin son olaraq çalışdırdığı “Rapid”də (Buxarest) hücum futboluna üstünlük verdiyini və “Neftçi”də də bu taktikadan istifadə edəcəyini bildirib:

“Adrian Mutu hücum futbolunu sevir. O istəyir ki, komandası topla çox oynasın. “Rapid” Mutunun rəhbərliyi altında möhtəşəm oyunlar keçirib və həmişə qollar vurub. Düşünürəm ki, “Neftçi” Mutunun rəhbərliyi altında hücum futbolu oynayacaq”.

Xatırladaq ki, “Neftçi” Adrian Mutu ilə iki illik müqavilə imzalayıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir