Siyasət

“Sosial xidmət haqqında” Qanunda dəyişiklik edildi

Sharing is caring!


“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, himayədar ailə müəssisələri çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun sosial xidmətin göstərilməsi məqsədilə yaradılmış sosial xidmət müəssisələri siyahısından çıxarılıb.

Bundan başqa, dövlət başçısı “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 884-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə yeni fərman imzalayıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir