Siyasət

Türkiyə Ali Məhkəməsi sədrinin və baş prokurorunun Naxçıvana səfəri başlayıb

Sharing is caring!


Bu gün Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.

Sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev, M.Akarca, B.Şahin və digər qonaqlar Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir