Siyasət

Azərbycan-Türkiyə qardaşlığının yaratdığı XOF

Sharing is caring!

Könül İsmayılova: “Sülhə gəlməyənlərə layiq olduqları yer göstəriləcək”

Rəcəb Tayyib Ərdoğan seçki prosesində böyük güclərin üzərində qələbə çaldı. Və ardınca Azərbaycana gəldi. Şuşa Bəyannaməsinin ikinci ili ilə əlaqədar Azərbaycandan dünyaya mesajlar etdi. İki dövlətin necə bir qardaşlığı dünyanın diqqətini çəkmiyə bilməzdi.

Qardaş ölkələrin prezidentlərinin bu görüşü nəyi diqtə etdi və bu səfər regiona nə vəd edir?

Türkiyə Prezidentin səfərini və İlham Əliyevin çıxışını Xəbəral.az-a şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova prezidentlərin birgə bəyanatının önəmindən danışdı.

Xanım siyasətçi bildirdi ki, Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının iradəsinə söykənərək ona böyük töhfələr verəcək Prezident İlham Əliyevlə birlikdə regiona, dünyaya sülh və əminəmanlıq gətirmək missiyasını həyata keçirəcəklər:

“Hər iki prezidentimiz görüşəndən vidalaşanadək bir-birinə QARDAŞ dedilər. Sanki “Türk Dünyasının qardaşlığı budur” dedilər. Və sanki “ey dünya gücləri, hazır olun, Türk Dövlətləri dövrü başlayır” mesajını verdilər. Bir də onu mesaj etdilər ki, Qarabağla, Zəngəzurla bağlı səsləndirdikləri bəyanatlar öz yerini tutacaq. Sülhə gəlməyənlərə isə layiq olduqları yer göstəriləcək”.

Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatına diqqət çəkən Könül xanım bildirdi ki, bu dəfə də Ermənistanın sülhdən anlamayan beyninə diqtə edildi ki, artıq Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır:

“Cənab prezdentin də dediyi kimi, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Mən deyərdim ki, bir-birinə dost olan heç bir dövlət rəhbərlərində bu cür qardaşlıq münasibətləri yoxdur. Cənab İlham Əliyevin Ərdoğanı yola salarkən aeroporta özü şəxsən maşın sürərək gətrməsi bu qardaşlıqdakı səmimiyyətin bariz nümunəsi oldu. Qoy bu birlikdəliyimiz dostları sevindirsin, düşmənlərə gözdağı olsun.

Bütün bunların fonunda Şuşa Bəyannaməsinə tarixi baxış, bəyannamədəki maddələrin həyata keçirilməsi planı hər iki prezidentin bəyanatları ilə detallıca diqqətə çatdırıldı”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir