Tədbirlər

“Azərbaycan Qadınlarınin Haqlarını Müdafiəsi” İctimai Birliyi İmişlidə İnsan Hüquqları gününə həsr edilmiş tədbir keçirib

Sharing is caring!

Əmək və Əhalinin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə İmişli rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində 18 İyun İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib.

Bu barədə məlumatı Xəbəral.az-a “Azərbaycan Qadınlarınin Haqlarını Müdafiəsi” İB-nin sədri Yeganə Ağarzayeva vermişdir

Xəbəral.az xəbər verir ki, tədbirdə SXA rayon şöbələrinin əməkdaşları və valideyinlər iştirak etmişdir.
Qeyd edək ki, ölkə başçısının 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyun ayının 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilməsi qərara alınıb. Həmin tarixdən bu yana İnsan hüquqları Günü ölkəmizdə müxtəlif tədbirlərlə yadda qalır. Tarixi inkişaf mərhələlərindən keçən bəşər sivilizasiyasının son nəticədə qazandığı ən böyük nailiyyətlərdən biri insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir. 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir