Siyasət

AŞ-nin komissarı işgəncə verilmiş Azərbaycan əsgərinin fotosunun yayılmasını vəhşilik adlandırıb

Sharing is caring!


Avropa Şurasının İnsan Hüquqları üzrə Kommissarı Dunya Miyatoviç işgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yayılmasını vəhşilik adlandırıb.

“Report” xəbər verir ki, bu fikirləri Avropa Şurasının İnsan Hüquqları üzrə Kommissarı Dunya Miyatoviç Avropa Şurasının yaz sessiyası zamanı söyləyib.

“İşgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yaymaq vəhşilikdir”, – o qeyd edib.

Komissar azərbaycanlıların yalnız son müharibə zamanı deyil, bundan əvvəlki dövrlərdə də işgəncələrə məruz qaldığını xatırladıb.

“Azərbaycanlı əsgərin adının çəkilərək işgəncələrə məruz qalmış şəkildə sosial şəbəkələrdə şəklini yaymaq onun və ailəsinin ləyaqətini alçaltmaqdır” – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir