İdman

“Qarabağ”ın keçmiş futbolçusu Rusiyada ölümdən döndü – FOTO/VİDEO

Sharing is caring!


“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges Rusiya Premyer Liqasının 24-cü turunun “Spartak”la oyununda zədələnib.

İkinci hissənin əvvəlində o, hava mübarizəsi zamanı “Spartak”ın müdafiəçisi Georgi Cikia ilə toqquşub. Kadi başını rəqibin çiyninə vuraraq qazona yıxılıb.

Bir neçə saniyə huşunu itirən futbolçunun dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikia özü göstərib.

Bundan sonra Borges özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu sahədən xərəklə elektromobildə aparıblar.

Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib.

Mənbə: sportbox.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir