Siyasət

Ermənistan yeni müharibəyə hazırlaşır? – VİDEO

Sharing is caring!


“Bir yandan Ermənistanın baş naziri Nikol Paşinyan sülhdən bəhs edir, o, Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulayır, sülh müqaviləsini imzalamağa hazır olduğunun fonunu yaradır, amma bir yandan da onun sifarişilə Azərbaycana qarşı təxribatçı davranışlar daha da artmaqdadır”.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov aprelin 22-də Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilməsinə münasibət bildirərkən deyib.

O bildirib: “Ermənistan sülhdən bəhs edirsə, sülh danışıqlarına getməkdən bəhs edirsə, sülh müqaviləsini imzalamaqda maraqlı olduğunun fonunu yaradırsa, o zaman bu nə prosesdir, bu nə müharibəyə hazırlıqdır?”.

Politoloq Tural İsmayılovun sözlərinə görə isə, Rusiya sülhməramlıları öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər: “2020-ci ildə imzalanmış 10 noyabr bəyanatından bu qədər müddət keçməsinə baxmayaraq, Ermənistana qarşı real, praktiki və ciddi təzyiqlərin edilməməsi nəticədə bu hadisələrin baş verməyinə, Cənubi Qafqazda gərginliyin qalmağına və hər zaman müharibə ab-havasının öndə olmağına səbəb olur”.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir