Cəmiyyət

FHN: “Keçən il Kür çayında batan kişinin axtarışları davam etdirilir” – FOTO/VİDEO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları 21 dekabr 2022-ci il tarixində Kür çayının Tovuz rayonunun Qədirli kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1974-cü il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun axtarışlarını davam etdirir.

Bu barədə FHN məlumat yayıb.

Əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərini həyata keçirirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir