Siyasət

Prezident dövlət agentliyinə 7,8 milyon manat ayırdı

Sharing is caring!


Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu – Kürdəmir – Bəhrəmtəpə (19 km) – Ərəbmehdibəy – Dədəli – Qasımbəyli – Xəlilli – Mustafalı – Göydəlləkli – Təklə – Dəlilər – Qaraqoyunlu – Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ağsu – Kürdəmir – Bəhrəmtəpə (19 km) – Ərəbmehdibəy – Dədəli – Qasımbəyli – Xəlilli – Mustafalı – Göydəlləkli – Təklə – Dəlilər – Qaraqoyunlu – Kəndoba avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,8 milyon manat ayrılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir