Dünya

İsrail ordusu Qəzza zolağında quru əməliyyatlarını genişləndirməyə davam edir

Sharing is caring!


İsrail Müdafiə Ordusu (SAXAL) son günlər anklavda radikal HƏMAS hərəkatının 600-dən çox hərbi obyektinə zərbələr endirərək Qəzza zolağında quru əməliyyatlarını genişləndirməyə davam edir.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“SAXAL bölmələri Qəzza zolağında quru əməliyyatlarını genişləndirməyə davam edir. Son bir neçə gün ərzində SAXAL terrorçuların 600-dən çox obyektinə, o cümlədən silah anbarları, onlarla tank əleyhinə raket buraxılış qurğusu, HƏMAS-ın sığınacaqları və döyüş meydançalarına zərbələr endirib”, – deyə bəyanatda bildirilib.

“Gecə saatlarında Qəzza zolağında SAXAL əsgərləri bina və tunellərdə barrikada quraraq hərbçilərə hücuma cəhd edən onlarla terrorçunu öldürüblər”, – deyə ordu departamenti davam edib.

Qeyd olunub ki, gecə hərbçilər “Əl-Əzhər” Universitetinin ərazisində silahlı terrorçular və tank əleyhinə raket buraxılış qurğusu aşkar edərək, onlara zərbə endirmək üçün qırıcı göndəriblər”, – deyə mətbuat xidməti əlavə edib.

Bundan əlavə, SAXAL-ın quru qoşunları tərəfindən idarə olunan pilotsuz uçan aparatı 20-dən çox terrorçunun olduğu binanın içərisində HƏMAS mövqelərinə zərbələr endirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir