Siyasət

Keçmiş baş nazir: “Biz Azərbaycanı da İranın təcavüzündən qorumalıyıq”

Sharing is caring!

“Azərbaycanın heyran olduğum möhtəşəm lideri var. Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyü uğrunda döyüşərək qüdrətini göstərdi”.

“Report” xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert deyib.

Onun sözlərinə görə, İran çox diqqətli olmalı və Azərbaycanla qarşıdurmaya imkan verməməlidir:

“Azərbaycan güclü ölkədir və daha da güclü olacaq, çünki onun güclü dostları var, İsrail də onlardan biridir”.

Keçmiş baş nazirin sözlərinə görə, İran çox aqressiv ölkədir və beynəlxalq ictimaiyyət bundan xəbərdardır.

“ABŞ və digər ölkələrlə birlikdə ölkələri İran təhdidlərindən qorumaq üçün hər şeyi etməliyik. Biz Azərbaycanı da İranın təcavüzündən qorumalıyıq”, – o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir