Siyasət

Baş konsul: “Zəlzələdən sonra Türkiyəyə BTQ vasitəsilə 510 ton humanitar yardım göndərilib” – FOTO

Sharing is caring!

“Türkiyədə zəlzələ baş verdikdən sonra Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu vasitəsilə 25 vaqondan ibarət 510 ton həcmində humanitar yardım göndərilib, Azərbaycanla Türkiyə arasında yük qatarları artıq mütəmadi olaraq fəaliyyət göstərir”.

Bunu “Report”un Türkiyədəki əməkdaşına Azərbaycanın Türkiyədəki Qars Baş konsulu Nuru Quliyev bildirib.

Nuru Quliyev deyib ki, fevralın 6-sı zəlzələ baş verdiyi gündən indiyədək Qars Baş Konsulluğu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

İlk gündən səfirlik mərkəz olmaqla bütün baş konsulluqların müxtəlif istiqamətlərdə fəaliyyətə başladığını deyən N.Quliyev Qars Baş Konsulluğunun əməkdaşlarının indiyədək sərhəd-keçid məntəqələrində fəaliyyət göstərdiyini vurğulayıb:

“Bu işdə bizim dəstəyimiz təxliyəsi nəzərdə tutulmuş vətəndaşlarımızın Azərbaycana keçidlərini təmin etməkdir. Çünki onların böyük əksəriyyətinin sənədləri yox idi. Onları şəxsiyyətini təsdiq edən sənədlərlə təmin etdik və sərhəd keçid məntəqəsindən təxliyələrinə dəstək verdik.

Azərbaycandan gələn yük qatarını Qars Dəmir Yolu stansiyasında qarşılayıb, oradan da Kayseriyə yola saldıq ki, zəlzələ baş verən bölgələrə avtonəqliyyat vasitəsilə nəql edilsin. Azərbaycan tərəfindən göndərilən digər humanitar yardımlar, verilən dəstəklər kimi, humanitar yük qatarını da çox böyük təqdirlə qarşılandı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir