Cəmiyyət

ADY-dən tədris ili ilə bağlı YENİLİK

Sharing is caring!


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Sumqayıt-Bakı sərnişin qatarları üçün optimal hərəkət cədvəli hazırlanır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq ADY-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova məlumat verib. 

O bildirib ki, hazırda hər iki istiqamət üzrə günorta reysləri dayandırılıb:

“Bakı-Pirşağı istiqamətində günorta reysləri dayandırılıb. Söhbət Bakı stansiyasından 13:30-da, Pirşağı stansiyasından isə 14:30-da çıxan qatarların fəaliyyətindən gedir. İnfrastrukturda aparılan işlərə görə texniki fasilə götürülüb. Artıq qarşıdan gələn yeni tədris ili ilə bağlı optimal hərəkət cədvəli hazırlanır. Yaxın günlərdə bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, son günlər “Azərbaycan Dəmir Yolları”ndan (ADY) istifadə edən sərnişinlər qatarda sərnişin sıxlığının artdığını iddia edirlər. Tədris ili başladıqdan sonra isə bu sıxlığın daha da artacağı istisna edilmir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir