Siyasət

Karaman valisi Kahramanmaraşda general Etibar Mirzəyevlə görüşüb – FOTO

Sharing is caring!

Karaman valisi Tuncay Akkoyun zəlzələ bölgəsində Kahramanmaraş şəhərində Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, görüşdə vali Kahramanmaraşın Türkoğlu rayonunda görülən işlər barədə ətraflı məlumat verib.

T.Akkoyun göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Daha sonra çıxış edən E.Mirzəyev sona qədər qardaş ölkənin yanında olacaqlarını bildirib:

“Həmişə olduğu kimi, yenə də Türkiyəyə dəstək olacağıq. Keçmiş olsun. Allah bir daha bu acı günləri Türkiyəyə yaşatmasın”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir