Siyasət

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı: Azərbaycanın səsi eşidilir, Ermənistana mesaj verilir – FOTO

Sharing is caring!

“Beynəlxalq ictimaiyyətin sağlam məzmunlu qərarları Ermənistanı islah etməlidir”.

Bunu “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O söyləyib ki, beynəlxalq təşkilatlar Ermənistanın destruktiv siyasətinə münasibət bildirməlidirlər.

Siyasi icmalçı vurğulayıb ki, Azərbaycan praqmatik, realistik siyasətin tərəfdarıdır:

“Ona görə də bizim səsimiz dünyada eşidilir. Ermənistan revanşist siyasət yürüdür. Biz bunu Türkiyədəki zəlzələyə münasibətdə də gördük. Hətta sıravi ermənilər açıq şəkildə deyirdilər ki, Türkiyəyə göndərilən humanitar yardımlara zəhər qatılmalıdır. Beynəlxalq ictimaiyyət də bunu görür və obyektiv münasibət göstərir”.

Politoloq hesab edir ki, beynəlxalq ictimaiyyət erməni təbliğatının təsiri altına düşməməlidir. Eyni zamanda, ermənilərin manipulyasiya cəhdlərinə lazımi cavab verməlidir.

T.Abbasov söyləyib ki, İrəvanın saxta iddiaları ilə mübarizə həm də beynəlxalq təşkilatların öhdəsinə düşür.

“Əlbəttə, beynəlxalq ictimaiyyəti saxta fikirlərlə “zəhərləmək” yolverilməzdir. Bu mənada Beynəlxalq Ədalət Məhkəməsinin qərarı yerinə düşür. Laçın yolundakı aksiyalar artıq dünyaya səs salıb. Aksiya iştirakçıları kifayət qədər mütəşəkkil şəkildə öz tələblərini dünyaya çatdırırlar. Biz bu aksiya ilə həm də Ermənistana deyirik ki, həddi aşmaq olmaz. Biz ekoloji terrora sakit yanaşa bilmərik”.

Analitik, həmçinin söyləyib ki, aksiya iştirakçıları sonadək mübarizə aparacaqlar:

“Mən buna əminəm. Fikrimcə, beynəlxalq ictimaiyyətin qərarları, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın hərbi-siyasi hakimiyyəti üçün də siqnal olmalıdır. Rəsmi İrəvan, nəhayət, konstruktiv siyasət yürütməli, təxribatlardan uzaq olmalı, diasporun, lobbinin təsirinə düşməməlidir. Əks halda Ermənistanı daha çətin günlər gözləyir”.

Politoloqun sözlərinə görə, beynəlxalq ictimaiyyət ermənilərə Azərbaycanın tələblərinin haqlı olduğunu başa salmağa çalışır:

“Amma bəzi xarici qüvvələr konstruktiv siyasət yeritmək üçün Ermənistana imkan vermirlər. Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarqsyan hakimiyyətləri dövrlərində xalq yox, özləri üçün işləyib, belə demək mümkünsə, ciblərini doldurublar. İndi baş nazir Nikol Paşinyan da həmin siyasəti yeridir. Ermənistanın hərbi-siyasi rəhbərliyi xaricdən aldığı pulları regional əməkdaşlığa yox, Azərbaycana qarşı təzyiqə istifadə etməyə çalışır. Beynəlxalq ictimaiyyət isə rəsmi İrəvana həqiqəti anlatmağa çalışır. Beynəlxalq qurumlar qəbul etdikləri qərarlarla göstərməyə çalışırlar ki, Ermənistanın yalanları artıq ifşa olunur”.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də Laçın yolundakı vəziyyətlə bağlı qərar qəbul edib. Qərarda Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığı bir daha təsdiqlənib.

Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə səylərini nəzərə alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir