Dünya

Çempionlar Liqası: Bu gün son yarımfinalçılar məlum olacaq – AFİŞA

Sharing is caring!


Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, baş tutacaq iki matçla son yarımfinalçılar müəyyənləşəcək.

Münhendə “Bavariya” “Mançester Siti”ni qəbul edəcək. İlk görüşdə ingilislər üç cavabsız qolla qalib gəliblər.

Digər matç Milanda baş tutacaq. “İnter” Portuqaliyada 0:2 hesablı qələbə qazandığı “Benfika”nı sınağa çəkəcək.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

19 aprel

23:00. “Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Klemen Turpin (Fransa)

Münhen, “Allianz Arena”

İlk oyun – 0:3

23:00. “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya)

Baş hakim: Karlos Del Serro (İspaniya)

Milan, “Cüzeppe Meatsa”

İlk oyun – 0:2

Xatırladaq ki, daha əvvəl “Real” (Madrid) və “Milan” yarımfinala vəsiqə qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir