Siyasət

ABŞ-nin Minnesota ştatındakı qəzetlər Xocalı faciəsi barədə məlumat yayıb

Sharing is caring!

ABŞ-nin “Dakota County Tribune” və “Sun This Week” qəzetlərinin Minnesota ştatının Farminqton və Roseville, Börnsvil və Lakeville şəhərlərini əhatə edən nəşrlərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar məlumat dərc edilib.

“Unudulmaz Xocalı” və “Biz xatırlayırıq!” başlıqları ilə təqdim olunan məlumatda 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı bir gecədə törədilmiş faciəyə diqqət cəlb edilib.

Təcavüzkarın Ermənistan olduğu, 613 azərbaycanlının bir gecədə qətlə yetirildiyi, onların arasında 106 qadının, 63 uşağın, 70 ahıl şəxsin olduğu, 1 275 nəfər azərbaycanlının girov götürüldüyü nəzərə çatdırılıb. Bu saytda dərc olunan məqalə vasitəsilə oxuculara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. 

Xocalı faciəsinin geniş oxucu kütləsinə çatdırılması məqsədilə yerli sakinlərə qəzetlər paylanılıb və məlumat bu nəşrlərin elektron versiyalarında da yerləşdirilib.

Qeyd edək ki, bu təşəbbüs Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-nin Minnesota ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Minnesota Assosiasiyasının rəhbəri Günel Krişnanın təşkilatçılığı ilə həyata keçirilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir