Siyasət

Gəncədən növbəti humanitar yardım Türkiyəyə yola salınıb

Sharing is caring!

Türkiyədə zəlzələdən zərər çəkmişlərə yardım məqsədi ilə Gəncə şəhərindən növbəti humanitar yardım yola salınıb.

“Report”un məlumatına görə, bu gün daha 1 yük maşını humanitar yardım qardaş ölkəyə göndərilib.

Qardaş ölkəyə göndərilən hümanitar yardım yol şəraiti nəzərə alınaraq qısa zamanda təyin edilən ünvana çatdırılacaq.

Yardımlar içərisində uşaq bezləri, uşaq yeməkləri, istilik vasitələri, isti paltarlar və digər zəruri əşyalar var.

Qeyd edək ki, zəlzələdən zərər çəkmiş şəxslər üçün yardım karvanı növbəti günlərdə də davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir