Siyasət

XİN: “Qaradağlı soyqırımında 68 dinc sakin öldürülüb, 49 nəfər girov götürülüb” – FOTO

Sharing is caring!

Qaradağlı soyqırımında 68 dinc sakin öldürülüb, 49 nəfər girov götürülüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.

“Bu gün Azərbaycanda Ermənistan silahlı qüvvələrinin törətdiyi Qaradağlı qırğınının 31-ci ildönümüdür. 1992-ci il fevralın 17-də 68 dinc sakin vəhşicəsinə öldürülüb, 49-u girov götürülüb. Şahidlərin sözlərinə görə, Xankəndidən 2 km aralıda 43 azərbaycanlı girov güllələnərək öldürülüb”, – XİN rəsmisi qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir