Cəmiyyət

Bakıda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Sharing is caring!


Bakının Xətai rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Təhminə Bəxtiyar qızı Həsənova xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir