İdman

Azərbaycan millisinin məşqçisi: “Avropa çempionatının şüarı hər kəsi qələbəyə səsləyir”

Sharing is caring!


“Yarışın şüarı – “Ulduz kimi parla” (“Shine like a star”) hər kəsi qələbəyə səsləyir”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın bədii gimnastika üzrə milli komandasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyası (FIG) Atletlər Komissiyasının üzvü Siyana Vasileva mayın 17-də Bakıda start götürəcək 39-cu Avropa çempionatı ilə bağlı danışarkən deyib.

Mütəxəssis bildirib ki, doğma divarlar arasında çıxış etmək daha da məsuliyyətlidir: “Ümid edirəm ki, komandamızın üzvləri uğurla çıxış edəcəklər”.

Yarış çərçivəsində gənc gimnastlar üçün dəyirmi masa keçirən Vasileva idmançılarla görüşün maraqlı təqdimatla yadda qaldığını söyləyib. Karyerası barədə maraqlı məqamları bölüşən məşqçi uğura aparan yolun çətinliklərindən söz açıb: “Adətən, Atletlər Komissiyasının üzvü kimi belə görüşlərimiz dünya çempionatı zamanı keçirilirdi. İlk dəfə idi ki, Avropa çempionatı çərçivəsində gənc idmançılarla görüşdüm. Gimnastlara yarışlara hazırlıq dövründə stresslə necə mübarizə aparmağım barədə məlumat verdim. Onlar da mənə maraqlı suallar ünvanladılar. İdmançıların təbəssümlərindən hiss olunurdu ki, onlar Avropa çempionatına hazırdılar”.

Qeyd edək ki, Avropa çempionatı mayın 21-dək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir