Siyasət

BQXK Laçın yolunun humanitar məqsədlər üçün açıq oluğunu yenə təsdiqləyib

Sharing is caring!

“Keçən ilin dekabr ayından etibarən tibbi müdaxiləyə ehtiyacı olan 99 xəstəni təxliyə etmişik, xəstəxanalara dərman vasitələri, ərzaq və uşaq qidaları çatdırmışıq”.

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin İctimaiyyətlə əlaqələr departamentinin BQXK-nın Laçın yolu boyu həyata keçirdiyi əməliyyatlara dair açıqlamasında bildirilib.

Qeyd edilib ki, BQXK bu dövr ərzində Laçın yolunda neytral humanitar vasitəçi olaraq əməliyyatlar həyata keçirir:

“Belə əməliyyatlar hər zaman aidiyyəti qurumların hər biri ilə razılaşdırılaraq həyata keçirilir. Biz bütün logistika məsələləri onlarla müzakirə edir, nəqliyyat vasitələrimizdə kimi və nəyi daşıdığımız barədə onlara məlumat verir, əməliyyatın həyata keçirilməsini onlarla razılaşdırırıq. BQXK bu neytral mövqeyə əməl etməsə və ona sadiq qalmasaydı, bu əməliyyatları həyata keçirmək mümkün olmazdı. Tərəflərlə apardığımız bu açıq və şəffaf dialoq ehtiyacı olan insanların köməyinə yetişməyimizə imkan verir”.

Bu açıqlama bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün Laçın yolunda heç bir məhdudiyyət yoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir