Siyasət

Protezlə təmin edilən müharibə veteranları arasında stolüstü tennis yarışı keçirilib – FOTO

Sharing is caring!

Müasir protezlərlə təmin edilmiş müharibə veteranları arasında ilk stolüstü tennis yarışı keçirilib.

“Report” xəbər verir ki, “Heydər Əliyev İli”nə həsr olunan, Əmək və Əhalinin sosial müdafiə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı və Stolüstü Tennis Federasiyasının dəstəyi ilə keçirilən yarışda müharibə ilə əlaqədar əlilliyi olan 8 nəfər mübarizə aparıb.

Turnirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri, QHT nümayəndələri, azarkeşlər iştirak edib.

Sonda iştirakçılara sertifikat və medallar təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2020-ci ilin dekabr ayından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlə təminatına başlanıb. Ötən dövrdə 400 hərbçi 417 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib.

Bundan əvvəl isə müasir aşağı ətraf protezləri ilə təmin olunmuş müharibə veteranları arasında futbol yarışları da təşkil olunub.

Daha çox burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir