Siyasət

İradə Polad: Azərbaycanla Türkiyə yaxşı və pis günün qardaşıdir

Sharing is caring!

“Yaman günün ömrü az olar” deyiblər. Bİr də belə bir ifadə yaman günün dostu.
Azərbaycanla Türkiyə yaxşı və yaman günlərin qardaşıdır. İki dövlət son yüz ildən çoxdur ki, həmişə dar gündə bir-birinin yanında olub. Türkiyə Azərbacyanın Qarabağ müharibəsini dəstəkləyib. Azərbaycan da təbii fəlakətin nəticələrinin aradan qaldırlmasında heç bir təklif, dəvət gözləmədən qardaşlıq əlini Türkiyəyə uzadıb. Azərbaycandan Türkiyəyə 855 000 manat maddi yardım edilib.
Azərbaycan ictimiayyətinin və ayrı-ayrı özəl şirkətlərin könüllü göndərilən yardımları məlumata daxil edilməyib.
Bu yardımlar davam edəcək. “Sağ əlin verdiyini sol əl bilməməlidir” deyiblər. Ancaq hesab edirəm ki, belə ağır gündə Türkiyəyə edilən yardımları təbliğ etməklə insanların mərhəmət hissinin yüksək olduğunu göstəməyə də ehtiyac var. İnsanlıq, qardaşlıq daim var olsun! Təmənnasız edilən yardımlara görə insanlığa eşq olsun! Belə yardımlaşma dünyanı pisliklərdən də təmizləyir. İnsanların mərhəmət hissi korşalmır. Zəlzələ həm də insanlığın sınağıdır. Bu imtahandan üzü ağ çıxanlara Allah kömək olsun!

Allah Türkiyəyə yar və yardımçı olsun! Azərbaycana, Türkiyəyə yardım əlini uzadanlara salam olsun!

İradə Polad “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir