Siyasət

Azərbaycanın qardaş ölkəyə göstərdiyi dəstək əsil qardaşlıq nümunəsidir

Sharing is caring!

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın qardaş ölkəyə göstərdiyi dəstək əsil qardaşlıq nümunəsidir. 

Zəlzələyə yardım lazım olan anda Azərbaycanın hər bir vətəndaşı qardaşına yardım etməyə çalışdı. Balacadan-böyüyə, yaşlıdan-cavana qədər hər bir kəs əlindən gələni köməyi qardaş Türkiyədən əsirgəmədi və bu köməklik bu gün də davam edir. Nə qədər ki, qardaşlarımız dardadır, köməyə ehtiyacları var, o vaxta qədər də davam edəcək.

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi, yaralananlara şəfa dilədi. Eyni zamanda həmin gün Prezident Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəng etdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım etdi.

Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində oldu. Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və çıxış etdi. Çıxışı zamanı Prezident bildirdi ki: “Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”.

Demək olar ki, Azərbaycanın bütün dövlət qurumları, özəl sektorları bu gün qardaş türk xalqının yanındadır. Bütün yardım məsələləri isə bir mərkəzdən idarə olunacaq. Ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrıldı.

Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Fevralın 9-na olan məlumata görə FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Könül İsmayılova – Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şurasının və İH-nin üzvü

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir