Siyasət

Fuad Nəcəfli Türkiyə konsulu ilə görüşüb

Sharing is caring!

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığı verib. Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib.

Görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir